Türkiyənin Anadolu Cümhuriyyət Prokurorluğu tərəfindən dövlət çevrilişinə cəhdlə bağlı aparılmış istintaq zamanı şübhəli bilinən 102 hakim və prokurordan 64-ü həbs edilib.
Unikal.org "Habertürk"ə istinadən məlumat verir ki, Anadolu Cümhuriyyəti Prokurorluğunun Qaçaqçılıq, İqtisadi Cinayətlər İstintaq Bürosu tərəgindən dövlət çevrilişinə cəhdlə bağlı aparılmış istintaq zamanı Anadolu Ədalət Sarayının 110 hakimindən 102-i şübhəli sorğu-suala cəlb edilib.
Aparılmış istintaq əməliyyatları nəticəsində 102 hakim və prokurordan 64-ü silahlı terror təşkilatına üzvlük, zorakılıq yolu ilə Türkiyə Cümhuriyyətini devirməyə cəhd ittihamları ilə həbs edilib.