ABŞ-ın "National Interest jurnalı 2030-cu ilə qədər dünyanın beş ən güclü Hərbi Hava Qüvvələrinin siyahısını təşkil edib.

Unikal.org publika.az-a istinadən xəbər verir ki, siyahıya ənənəvi güclü Hərbi Hava Qüvvələri olan dövlətlər - Rusiya, ABŞ və Böyük Britaniya daxil olub. Çin və İsrail yeni ölkələrdir.

ABŞ

Nəşrin versiyasına görə, 2030-cu ildə ən güclü Hərbi Hava Qüvvələri ABŞ-da olacaq. Amerikalılarda 2030-cu ilə qədər beşinci nəsil 187 ədəd F-22 "Raptor çoxməqsədli qırıcı, həmçinin 178 "qızıl qartal - hər cür hava şəraitinə uyğun dördüncü nəsil F-15C qırıcısı olacaq. Bundan başqa, ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında beşinci nəsil 1800 F-35 qırıcı-bombardmançısı olacaq. Onlar F-16C və A-10 "Tanderbolt (Thunderbolt) təyyarələrini əvəzləyəcək. Nəşr qeyd edir ki, ABŞ-da həmçinin "Boeing KC-46 yanacaq dolduran hərbi təyyarələr və B-21 bombardmançıları olacaq.

Rusiya

Əgər Rusiya 2030-cu ilə qədər indiki iqtisadi böhranın öhdəsindən gələ bilərsə, həmin vaxt onun Hərbi Hava Qüvvələri dünyada ABŞ-dan sonra ikinci güc olacaq. Amma ən pis ssenari üzrə ilk onluğa girəcək. "National Interest hesab edir ki, Rusiyada iki ən əhəmiyyətli layihə PAK-FA (T-50) beşinci nəsil qırıcısı və yeni nəsil strateji bombardmançı, beşinci nəsil qırıcısı PAK-DA olacaq. Rusiya əbədi olaraq MİQ-29 və SU-27/30/34-lərə güvənə bilməz. T-50, gözlənildiyi kimi, Amerika F-22 qırıcılarına yeni rəqib olacaq. PAK-DA Tu-160 səsdən surətli strateji bombardmançı raket daşıyıcısını və Tu-22M raket daşıyıcı-bombardmançını əvəz etməlidir.

Çin

Çinin Hərbi Hava Qüvvələri öz gücünün zirvəsinə yaxınlaşır. Təyyarələrin ümumi miqdarı azalır, amma onların keyfiyyəti artır. 2030-cu ilə qədər Hərbi Hava Qüvvələrinin silahlanmasında Su-30, Şenyan J-11, J-15 və J-10 qırıcıları olacaq. Ancaq Çin beşinci nəsil, xüsusi halda J-20 və J-30 qırıcılarının hazırlanmasında başqa ölkələrə çatmaq üçün çox çalışmalı olacaq. Bundan başqa, Çin Hərbi Hava Qüvvələrinin arsenalında Y-20 ağır hərbi-nəqliyyat təyyarəsi var. Çin həmçinin yanacaq dolduran təyyarələrin parkını genişləndirir, dronlar və kəşfiyyat missiyaları üçün digər uçuş aparatlarının istehsalını artırır.

İsrail

İsrail 2030-cu ilə daha bir güclü hərbi hava dövləti olacaq. Hazırda onun hərbi hava donanmasına 58 F-15A və F-15C, 25 F-15I və 312 F-16 daxildir. "National Interest hesab edir ki, İsrail Hərbi Hava Qüvvələri bir neçə il sonra bütün Yaxın Şərqdə ən güclü olacaq.

Böyük Britaniya

2030-cu ilə qədər Böyük Britaniyanın Kral hərbi hava gücləri ehtimal ki, özünün çiçəklənmə dövrünü yaşayacaq. Londonun hərbi hava donanmasının əsas gücü 160 çoxməqsədli və idarə olunan aviasiya bombaları ilə təchiz edilmiş "Eurofighter Typhoon qırıcıları olacaq. Bundan başqa, Britaniyanın Hərbi Hava Qüvvələri 2030-cu ilə kimi pilotsuz döyüş təyyarələri, 138 amerika F-35B qırıcısı alacaq. Sonuncular "Panavia Tornado döyüş reaktiv təyyarələrini əvəz edəcək.