ABŞ prezidenti Barak Obama Münhendəki silahlı insidentlə əlaqədar Almaniyaya dəstəyini ifadə edib.
Unikal.org milli.az-a istinadən bildirir ki, Ağ Ev rəhbəri ABŞ-ın Almaniyaya istənilən köməyi etməyə hazır olduğunu bəyan edib:
"Biz dəqiq bilmirik ki, orda nələr baş verir. Amma aydındır ki, ürəyimiz ordakı insanlarladır. Biz onların ehtiyacı olduğu hər cür dəstəyi verməyə hazırıq".
Qeyd edək ki, dünən Münhendə ticarət mərkəzində baş vermiş silahlı insident nəticəsində 10 nəfər ölüb, 21 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır. Hadisəni İran əsilli Almaniya vətəndaşı törədib.
Qanlı hadisənin motivi məlum deyil.