Azərbaycanda un kəskin ucuzlaşdı
12:17 16-01-2016
CƏMİYYƏT
Azərbaycan prezidentinin tapşırığına əsasən, bu gündən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunduqdan sonra 50 kiloqramlıq 1 kisə unun qiyməti 22 manata enib.
Bu barədə "APA-Economics"ə "Karat Holding"in baş direktoru Taleh Qasımov bildirib. "İlk öncə onu qeyd etmək istəyirəm ki, bu, ölkə başçısının atdığı humanist bir addım idi. Bunun nəticəsi olaraq, əhalinin aztəminatlı hissəsi ucuz un məmulatlarından yararlana biləcək. Qeyd edim ki, bu qərardan sonra regionda ən ucuz un Azərbaycanda olacaq. Bu, Azərbaycana nə verəcək? Birincisi, sözsüz ki, əhalinin aztəminatlı hissəsi mühüm sosial məhsul olan çörəyin qiyməti aşağı düşəcək. İkincisi, taxıl tədarükündə problemlər aradan qalxacaq. Taxıl bol olacaq ki, dolayısı ilə bu məhsul daha da ucuzlaşacaq. Üçüncüsü, undan hazırlanan digər məhsullar, məsələn, makaron, vermişel, şirniyyat və sairlərinin maya dəyəri aşağı düşdüyü üçün qiymətləri də düşəcək", - deyə T. Qasımov qeyd edib.
Bununla yanaşı, baş direktor hesab edir ki, bu qərar ölkə daxilində un məmulatlarının istehsalına ciddi təkan verəcək: "Mağazaların vitrinlərində yerli məhsullarla yanaşı, kifayət qədər idxal olunan məhsul da var. Bu qərar imkan verir ki, biz daxili istehsalımızın həcmini artıraq".
"NEON" firmasının rəhbəri Arif Həsənov isə bildirib ki, ƏDV-dən azad olunduqdan sonra firmada istehsal olunan 50 kiloqramlıq 1 kisə əla növ unun qiyməti 22,5 manatdır. "Hökumət tərəfindən bizə çox böyük dəstək verildi. İstehsalçılarla yanaşı, bu, Azərbaycan əhalisinə böyük dəstəkdir. Çörək - strateji məhsuldur. Təbii ki, ölkə başçısının tapşırığı ilə atılan addım istehsalçılar üçün böyük dəstəkdir və bunun nəticəsi olaraq, ƏDV-dən azad olunduqdan sonra biz qiymətləri endirdik", - deyə A. Həsənov qeyd edib.
Digər Xəbərlər
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42
2024-11-28 08:47:35
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00