Kəmaləddin

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Muhammad Zakaullahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, K. Heydərov qonaqlara ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.
O, rəhbərlik etdiyi nazirliyin dost Pakistanın müvafiq qurumları ilə əməkdaşlığının daha da inkişaf edəcəyinə inamını ifadə edib. M.Zakaullah isə səmimi görüşə görə təşəkkürünü bildirib, Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə olunması və Əməliyyat zallarının fəaliyyəti ilə tanış olublar.
Hüseyn