Ermənistanın paytaxtı İrəvanda polis bölməsini ələ keçirmiş qiyamçılar tələbləri yerinə yetirilənədək təslim olmaqdan imtina ediblər.
Unikal.org-un "RİA Novostiyə istinadən məlumatına görə, bu barədə qiyamçı silahlı qruplaşmanın üzvü Varucan Avetisyan açıqlama verib.
O, vurğulayıb ki, üzvü olduğu qruplaşmanın təslim olmağa hazırlaşması barədə xəbərlər həqiqətə uyğun deyil:
"Biz silahı o zaman yerə qoyacağıq ki, Serj Sarkisyan istefa versin, sonra isə müəyyən dövr üçün müvəqqəti hökumət formalaşsın. Lakin bu hökumət hakim Respublikaçılar partiyasından kimsə daxil olmamalıdır.