Türkiyədə iyulun 15-də baş verən qiyamdan sonra yaşanan gərginlik tədricən azalmağa doğru istiqamət götürüb.
Unikal.org-un Türkiyə mediasına istinadən məlumatına görə, ölkə prezidenti Rəcəb Tayib Ərdoğan isə hesab edir ki, yeni bir çevriliş cəhdi mümkündür. Əlavə edib ki, ancaq onu reallaşdırmaq asan olmayacaq. "Bu dəfə daha sayığıq", - deyə prezident Reuters agentliyinə bildirib.
R.T.Ərdoğan fövqəladə vəziyyətin ehtiyac olacağı təqdirdə, daha üç ay uzadıla biləcəyini açıqlayıb. Türkiyə prezidenti çevrilişə cəhd zamanı xüsusi xidmət orqanlarında ciddi çatışmazlıqların olduğunu və silahlı qüvvələrin sürətlə yenidən formalaşdırılacağını deyib:
"12 saat ərzində hər şey nəzarət altına alındı. Millətimizin meydanlara çıxması hər şeydən önəmli idi. Çətin olsa da, baş nazirlə əlaqə qura bildim. Vətəndaşlarımı küçələrə dəvət etdim".
Prezident deyib ki, "üç ay davam edəcək fövqəladə vəziyyət ərzində gecə-gündüz çalışacağıq. Bu günləri yenidən yaşamaq istəmirik".