Rusiya çevrilişə cəhd zamanı Türkiyə demokratiyasına ən çox dəstək verən ölkələrdən biri olub.
Unikal.org-un NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Bir çox ölkə Türkiyədə demokratiyaya dəstək mesajları göndərmişdilər. Rusiya ən çox dəstək verən ölkələrdən biri olub, - deyə Çavuşoğlu qeyd edib.
O, Türkiyə təhlükəsizlik sistemində boşluqların olduğunu etiraf edib: "Çevriliş cəhdi barədə yalnız ehtimallar olsaydı belə, prezident lap əvvəldən bu barədə xəbər tutmalı idi, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, son hadisələr Türkiyə rəhbərliyi üçün dərs olub: "Vətəndaşların bu cür təhdidlərlə bir daha üzləşməməsi üçün bütün lazımi tədbirlər görüləcək.