Əfqanıstan prezidenti Əşrəf Qəni Kabulda ən azı 80 nəfərin həlak olduğu və 231 nəfərin xəsarət aldığı bazar günü terror aktı qurbanlarının xatirəsinə milli matəm günü elan edib.
Bu barədə Unikal.org RİA Novosti-yə istinadən xəbər verir.
"Düşmənlərimiz düşünürlər ki, bizi bir-birimizdən ayıra bilərlər. Amma onlar məğlub olacaqlar", - Əfqanıstan prezidenti televiziya çıxışı zamanı deyib.