Bakıda mənzillərdən birində qadın meyiti aşkarlanıb.
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakının Nizami rayonunda 1950-ci il təvəllüdlü İqorovna Larisanın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.
Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı L.İqorovnanın vəfat etdiyi müəyyən olunub.