ABŞ-ın Texas ştatının Bastrop şəhərində çoxmənzilli yaşayış evində baş vermiş atışma zamanı 4 nəfər ölüb və bir uşaq yatalanıb.
Unikal.org-un "TASS"-a istinadən verdiyi xəbərə görə, dörd nəfəri öldürən şəxs sonda özünə atəş açaraq, intihar edib. İnsidentin səbəbləri açıqlanmır.
Yaralanan uşaq xəstəxanaya çatdırılıb, onun həyatı üçün təhlükə yoxdur. Polis insidentin araşdırılmasına başlayıb.