Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 iyul qiyam gecəsi qaldığı oteldə jurnalistlərə verdiyi, lakin yayımlanmayan açıqlaması ortaya çıxıb.
TÜRKSAT-ın rabitə` xətlərinin kəsilməsindən dolayı yalnız "Periskop sosial şəbəkəsində yayılan açıqlamada prezident xalqı hərbi çevriliş cəhdinə qarşı birliyə səsləmişdi.
Teleçıxış yayımlanmadığı üçün Ərdoğan daha sonra Skayp (Skype) bağlantısı ilə xalqa müraciət etmişdi.