ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp terror təhlükəsi ilə əlaqədar Fransadan ABŞ-a səfər edənlərin yoxlanılmasını sərtləşdirməyi təklif edib.
Unikal.org-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, D. Tramp bu addımın ABŞ-a çoxlu sayda insanın səfər etməsinin qarşısını alacağını da etiraf edib.
D. Tramp onu da bildirib ki, ümumilikdə terror aktlarına tez-tez məruz qalan ölkələrin vətəndaşlarına münasibətdə yoxlamalar sərtləşdirilməlidir.