Rakka əməliyyatı üçün 3 min xüsusi təyinatlının ayrılması barədə qərar verib. İŞİD terror təşkilatı ilə mübarizə üzrə ABŞ prezidentinin xüsusi nümayəndəsi Bret Makqurk Rusiyanın bu terror təşkilatı ilə mübarizə üçün yaradılmış beynəlxalq koalisiyaya daxil olmasını istisna edib.
Unikal.org-un "Sky News Arabia telekanalına istinadən verdiyi məlumata görə, Barak Obamanın təmsilçisi deyib ki, Vaşinqton Suriya hakimiyyətinə maddi və hərbi dəstək verən Moskvaya etibar etmir.
B. Makqurk bildirib ki, ABŞ və Rusiya arasında "Əl-Nusra terror təşkilatına qarşı zərbələrin endirilməsi sahəsində koordinasiya var: "Digər tərəfdən, Rusiya Suriyada atəşkəs üzrə razılaşmanın yerinə yetirilməsinə məsuliyyət daşıyır. Rusiya bu istiqamətdə atəşkəs rejimini daima pozan Suriya hökumətinə təzyiq göstərməlidir.
B. Makqurk ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İŞİD-ə qarşı mübarizədə yerli sakinlərdən təşkil olunmuş hərbi bölüklərdən maksimum istifadə etmək niyyətində olduğunu bəyan edib. Koalisiyanın strategiyası İŞİD-in maliyyə mənbələrini aradan qaldırmaq, ideoloji təbliğat mərkəzlərini məhv etməkdir:
"Hazırda əvvəllər İŞİD-in nəzarət etdiyi ərazilərin 60 faizi azad edilib. İŞİD-in nəqliyyat koridoru sayılan Munbic şəhəri azad edildikdən sonra terrorçuların qalası sayılan Rakka növbəti hədəf olacaq. ABŞ prezidenti Barak Obama Suriyanın Rakka şəhərində əməliyyat keçirilməsi üçün 3 min döyüşçünün olduğu xüsusi təyinatlı birləşmənin ayrılması barədə qərar verib.