Liviyanın Sabrat şəhəri yaxınlığında, çimərlikdə Avropaya keçmək istəyən 41 miqrantın meyiti aşkarlanıb.

Unikal.org-un AFP agentliyinə istinadən verdiyi xəbərə görə, onların 5-6 gün əvvəl suda boğularaq öldüyü ehtimal edilir.

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına əsasən, yanvarın 1 -dən iyulun 6-dək Avropaya dəniz vasitəsilə 230 885 qaçqın daxil olub, 2 920-si isə yolda ölüb və yaxud itkin düşüb.