Meksikanın Syudad-Altamirano şəhərinin (Qerrero ştatı) meri Ambrosio Soto öldürülüb.

Unikal.org-un AP agentliyinə istinadən məlumatına görə, şəhər narkotik alverçilərin məskəni kimi tanınır.

Bir gün əvvəl isə San-Xuan-Çamula şəhər (Çyapas ştatı) merinin güllələndiyi bildirilir.

Qeyd olunur ki, son 10 ildə Meksikada 75 şəhər meri qətlə yetirilib.