Rusiyanın Yaponiya ilə sərhəd ərazisində - Saxalin vilayətinin Kuril adaları yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, yeraltı təkanlar yerli vaxtla 06:03-də Sakit okeanda, 120 km dərinlikdə qeydə alınıb.

Yerli vaxtla saat 06:24-də eyni ərazidə 3,6 bal gücündə təkrar zəlzələ baş verib.Yerli FHN mərkəzinin məlumatına əsasən, regionun yaşayış məntəqələrində yeraltı təkanlar hiss olunmayıb. 

Zəlzələ ilə bağlı sunami xəbərdarlığı elan edilməyib.