İrəvanda polis binasını ələ keçirmiş silahlı qrup silahı yerə qoymaqdan və hakimiyyətə təslim olmaqdan imtina edir.

Unikal.org-un TASS-a istinadən verdiyi məlumata görə, bir az əvvəl silahlı dəstənin üzvləri polis mikroavtobusu yandırıblar. Qiyamçılar pilotsuz uçan aparatı da vurublar.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvandaDaxili Qoşunların və polisin binasını ələ keçirib. Onlar müxalif "Təsis parlamenti" vətəndaş təşəbbüsünün əlaqələndiricisi olan Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.