Avropa Komissiyasının sədri Jan-Klod Yunker Türkiyənin ölüm hökmünü bərpa edəcəyi təqdirdə Türkiyənin Birliyə üzvlüklə bağlı apardığı danışıqların dərhal dondurulacağını bəyan edib.
Unikal.org modern.az-a istinadən bildirir ki, onun sözlərinə görə, Avropa Birliyində ölüm hökmünün qanuniləşdiyi ölkənin yeri yoxdur.
Xatırladaq ki, iyulun 16-da Türkiyədə bir qrup hərbçinin çevriliş cəhdi zamanı 265 nəfər həlak olmuş, 1400-dən artıq insan yaralanmışdı.
Hadisədən sonra president Rəcəb Tayyip Ərdoğan ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edib.