Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan XİN başçısı Erlan Abdıldayevə zəng edərək Fətullah Gülən terror qruplaşmasının (FETÖ) rəhbərinə qarşı olan münasibətin dəyişdirilməsini xahiş edib.
Unikal.org report-a istinadən bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl M.Çavuşoğlu Alanyada demokratiyaya dəstək mitinqi zamanı Türkiyədə dövlət çevrilişi cəhdindən sonra Azərbaycan kimi bəzi ölkələrin F.Gülənə qarşı müəyyən addımlar atmağa başladığını vurğulamışdı.
"Qırğızıstan Gülən qruplaşmasının çox güclü olduğu yerlərdən biridir. Mən qırğız qardaşıma bildirdim ki, onlar FETÖ-çülərə qarşı addımlar atmasa, biz məsələyə baxış tərzimizi dəyişəcəyik. Qardaşlarımızdan dövlət çevrilişinə cəhdin arxasında duranları qorumayacaqlarını gözləyirik", - deyə o bildirib.
KİV-in məlumatına görə, Qırğızıstanda F.Gülən məktəbləri "Sebat" markası altında fəaliyyət göstərir. Bu şəbəkəyə ölkə üzrə çoxsaylı məktəb və liseylər daxildir.