Türkiyədə 15 iyul tarixində baş verən dövlət çevrilişinə cəhd hadisəsi ABŞ generalları və Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən təşkil olunub.
Unikal.org bildirir ki, bu barədə sensasion məlumat Türkiyənin "Yeni Şafak qəzetində dərc olunub.
Məlumatda qeyd olunub ki, hərbi çevrilişi hazırlayan və türk hərbçilərinə müvafiq göstəriş verən şəxslər arasında ABŞ Silahlı Qüvvələrinin generalı, Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri komandanı Con F.Kempbell də olub. Amerikalı general gizli şəkildə 15 iyul tarixinə qədər iki dəfə Türkiyəyə səfər edib. O, Ərzurum və Adanadakı İncirlik bazasında görüşlər keçirib.
2014-cü ildən Əfqanıstanda Beynəlxalq Dəstək Gücünün komandiri olan və cari ilin mayında təqaüdə çıxan Kempbell türkiyəli generallarla söhbətində çevrilişin alınacağı təqdirdə qısa müddət ərzində Türkiyəyə yenidən gələcəyini deyib.
Bundan başqa qiyamın maliyyə problem də həll edilib. Belə ki, hərbi qiyama bir neçə gün qalmış Mərkəzi Kəşfiyyat İdarəsinin göstərişi ilə Nigeriyda fəaliyyət göstərən "Yunayted Bank of Afrika şöbəsindən Türkiyəyə külli miqdarda pul transfer edilib. Pullar Mərkəzi Kəşfiyyat İdarəsində yaradılan kiçik qrup vasitəsi ilə 80 nəfərin hesabına yatırılıb.