"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının faktiki paytaxtı olan Rəqqada 3 nəfər axtarılır. Onlar "İslam Dövlətinin nüfuzuna ağır zərbə vurmaq cəhdi"ndə suçlanırlar.
Unikal.org bildirir ki, məsələ bir foto ilə bağlıdır. Suriyanın Rəqqa şəhərində çəkilmiş bu fotoda üç nəfər namaz qılırlar. Onların namaz qıldıqları otaqdakı iki masanın üzərində isə 4 şüşə spirtli içki var. Özü də butulkaların hamısı yarımçıqdır. Yəni namaza oturmuş şəxslərin az öncə spirtli içki içdikləri, siqaret çəkdikləri aydındır.
Qurani-Kərimdə müsəlmana spirtli içki içmək yasaqlanıb. İŞİD isə bütün mənsublarına siqaret çəkməyi haram buyurub. Bu yasağı pozanları ilk cəza qisminqdə 30 şallaq, ikinci cəza kimi siqaretin tutulduğu barmaqların kəsilməsi, 3-cü cəza kimisə edam gözləyir.
Viski və araq içəndən sonra namaza başlayan saqqallı "mücahid"lərin kimliyi hələlik bilinmir.