Son 9 ildə Türkiyə Silahlı Qüvvələrinə daxil olan 80% tələbənin hamısı Gülən hərəkatı üzvü olub.

Unikal.org axar.az-a istinadən bildirir ki, bunu "Sözcü" qəzetinə açıqlamasında ehtiyatda olan türkiyəli polkovnik Əhməd Zəki Üçok söyləyib. Onun sözlərinə görə, bunun ən böyük sübutu hərbi məhkəmədəki vəziyyətdir:

"Hərbi məhkəmənin 390 hakim və prokuroru var. Onun 280-i vəzifəsindən çıxarıldı. Hərbi hakim vəzifəsinə hər il 30 nəfər qəbul edilir. Son 9 ildə qəbul edilənlərin 81%-i vəzifəsindən uzaqlaşdırılıb. Biz keçmişdə nə qədər insanın orduya sızdığını bilmirik. Sadəcə, son illərdə orduya daxil olanlar Ankaraya məlumdur. Bilinən tək şey odur ki, ordunun 50%-i FETÖ ilə əlaqəlidir. İndi 2839 nəfər ordudan qovulub. Buna rəğmən, hələ də bu rəqəmin 10 qatı qədər FETÖ-çu orduda xidmət edir".

Qeyd edək ki, Əhməd Zəki Üçok Balyoz davası zamanı tutulan əsas hərbçilərdən biridir. O, uzun illər orduda Gülən hərəkatı tərəfdarlarının izlənilməsini həyata keçirib. Ordudakı hücrələrini aşkar etməsi sonda onun da Balyoz davasında həbs edilənlər siyahısına düşməsinə səbəb olub. O, 2014-cü ildə azadlığa buraxılıb.