Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə 15 İyul çevriliş cəhdi sonrası demokratiya mesajı verən liderləri Prezident İqamətgahında qəbul edib.
Unikal.org xəbər verir ki, tədbir türkiyə vaxtı ilə saat 14:00-da başlayıb.
Tədbirə ilk gələn Baş nazir Binəli Yıldırım, CHP lideri Kamal Kılıçdaroğlu və MHP-in rəhbəri Dövlət Baxçalı ilə birlikdə görüş gedir.
Ərdoğanın görüşdə liderlərə Fetullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdi qarşısındakı qətiyyətli davranışları səbəbiylə təşəkkür edəcəyi, eyni zamanda, yaranmış vəziyyətlə bağlı müvafiq təklifləri siyasi liderlərlə müzakirə edəcəyi gözlənilir.