Türkiyənin Mardin vilayətinin Qızıltəpə məhəlləsində, terroristlərin kustar üsulla hazırlanmış patlayıcıyının yolda yerləşdirmələri nəticəsində 3 polis şəhid oldu.
Unikal.org xəbər verir ki, hadisə, Mardinin Qızıltəpə ilə Şanlıurfanın Viranşehir mahalları arasında olan beynəlxalq İpəkyolu üzərində baş verib. Əldə edilən ilk məlumatlara görə, terrorçular tərəfindən yola tqoyulan partlayıcı, zirehli polis vasitəsinin keçişi əsnasında partladılıb. Partlayışda, 3 polis şəhid olub. Şəhidlərin cənazələri, hadisə yerinə çağırılan təcili yardımla Qızıltəpə Dövlət Xəstəxanasına aparılıb.
Partlamanın ardından bölgəyə təhlükəsizlik qüvvələri cəlb edilib və geniş əhatəli əməliyyata başlanılıb.