Azərbaycan Mərkəzi Bankı (AMB) İrana hökumətinə kredit ayrılması ilə bağlı yayılan xəbərləri təkzib edib. 

AMB-dən Unikal.org-a bildirilib ki, AMB-nin İrana kredit verməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Azərbaycan Mərkəzi Bankının İrana 500 mln. dollarlıq kredit verməsi məlumatı həqiqəti əks etdirmir. Ümumiyyətlə, belə bir məsələ ilə əlaqədar AMB-yə heç bir muraciət daxil olmayıb", - deyə Mərkəzi Bankdan bildirilib
Diplomatik mənbələrdən də "Report"a bildirilib ki, hazırda Rəşt-Astara (İran) dəmir yolu xəttinin inşası üçün maliyyə vəsaitinin ayrılması məsələsi Bakıda səfərdə olan işçi qrupu ilə birgə müzakirə olunur: "Kreditin şərtləri və digər məsələr müzakirələrin sonunda məlum olacaq. Lakin burada Azərbaycan Mərkəzi Bankının kredit verməsi kimi məsələdən söhbət getmir".