Ötən il Azərbaycanda 652 nəfər itkin düşmüş şəxs tapılıb ki, onların da 100-ü 14-18 yaşadək uşaqlar olub.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, 2014-cü illə müqayisədə 14-18 yaşadək uşaqların itkin düşməsi halları 4,2 faiz azalıb.
2015-ci ildə ümumilikdə 887 nəfər itkin düşüb. Onların da 652 nəfəri tapılıb, 235 nəfər isə hazırda axtarışdadır.
2015-ci ildə ümumilikdə itkin düşmüş 887 nəfərin 116-sı 14-18 yaşadək uşaq olub. Ötən il axtarışda olan 116 itkin uşağın 100-ü tapılıb.