Böyük Britaniya işgüzar etimad və sənaye reytinqi 2016-cı ilin ikinci rübündə son 7 ildə ən aşağı həddə düşüb.
Unikal.org-un Qərb mediasına istinadən məlumatına görə, bu, ölkədə keçirilən son referendum və Avropa Birliyindən çıxmaq qərarı ilə bilavasitə bağlıdır.
Böyük əks-səda doğuran bu hadisədən sonra rəsmi Londonun iqtisadi etimad reytinqi sürətlə azalmaqdadır. Qısa müddət ərzində 47 bənd üzrə mənfi göstəricilər - geriləmə qeydə alınıb. Bu meyarlar Britaniya iqtisadiyyatının 2009-cu ildə qeydə alınan böhran səviyyəsi əks etdirir.
Nail Cəlil