Azərbaycan prezidenti İlham Əliyev Liberiya Respublikasının prezidenti Ellen Conson-Serlifi ölkəsinin milli bayramı - Müstəqillik günü münasibətilə təbrik edib.

Unikal.org-un məlumatına görə, dövlət başçısı İlham Əliyev təbrik məktubunda dost Liberiya xalqına sülh və tərəqqi arzulayıb.

Prezident İlham Əliyev Maldiv Respublikasının prezidenti Abdulla Yamin Abdul Qəyyuma da Maldivin milli bayramı - Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb.