Səhiyyə naziri Oqtay Şirəliyev Şirvanda baş verən partlayış nəticəsində yaralanan şəxslərə tibbi yardımın göstərilməsini şəxsi nəzarətinə götürüb.
Səhiyyə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, bu anadək Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 11 nəfər xəsarət almış şəxs gətirilib.
Xəsarət alanlara mütəxəssislər tərəfindən zəruri tibbi yardım göstərilir. Hadisə yerində təcili yardım briqadaları işini davam etdirir.