Müğənni iddia edib ki, vergi işçisi onu əlavə dəyər vergisinə cəlb edib:
"Bu gün mənə zəng vurublar ki, sizin 30 min manat borcunuz var və siz ƏDV-yə düşdünüz. Sübutsuz və mənimlə heç bir hesabat atmadan bu addımı atdılar. Belə şey başıma birinci dəfə gəlmir. 10 min manata toya gedirəmsə, onun hamısını vergi əməkdaşı necə hesablaya bilər?
Bəs mənimlə çalışan musiqiçilər nə qazanır? Çəkilən kliplərə, mahnılarımın aranjimanlarına, toyda mənimlə birgə gedən musiqiçilərin alətlərinin yenilənməsinə xərclənən pullar hardandı? Kimə şikayət edək? Belə özbaşınalıq olmaz.
Əməkdar artist daha sonra vergi borcunu ödədiyini sübut edən qəbzin fotosunu instaqramda paylaşıb,"Qazandığım puldan vergi ödəməliyəm, qazanmadığımdan yox- şərhini yazıb.(qafqazinfo)