Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

Unikal.org-un məlumatına görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 26-sı ilə müqayisədə 0,2% artaraq 1,5787 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,16% möhkəmlənərək 1,7366 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl isə 0,83% ucuzlaşaraq 0,0239 manat səviyyəsinə enib.

Türkiyə lirəsi də manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,2% azalaraq 0,5192 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0730 manatdır. Beləliklə, funt sterlinq də 0,3%-lik bahalaşma nümayiş etdirib. /APA/