Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP)Azərbaycanın bank ictimaiyyəti ilə Özəl Kredit Bürosunun (ÖKB) yaradılması məsələsi müzakirə edilib.
Unikal.org xəbər verir ki, görüşdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Özəl Kredit Bürosunun yaradılmasını təşəbbüsünü dəstəklədiyini bildirib.
Onun sözlərinə görə, Palata ÖKB-ninyaradılmasını maliyyə xidmətləri infrastrukturunun inkişafına dəstək kimi qiymətləndirir və gələcəkdə banklarla yanaşı bank olmayan kredit təşkilatları, kommunal ödəniş sistemləri, mobil operatorlar və iri pərakəndə şəbəkələrinin də büronun üzvü olmalarını məqsədəuyğun hesab edir.
Tədbirdə çıxış edən ÖKB-nin yaradılması üzrə İcra Komitəsinə üzv kommersiya bankların nümayəndələri beynəlxalq təcrübə və büronun təsis edilməsi istiqamətində görülmüş işlər barədə məlumat veriblər. Qeyd edildi ki, texniki partnyor olaraq İslandiyanın "Creditinfo şirkəti seçilib.
Texniki partnyor gələcəkdə büronun əsas səhmdarlarından biri olmaqla kredit hesabatlılığı prinsiplərinin öyrənilməsi və kredit bürosunun inkişafı strategiyasının hazırlanmasında yaxından iştirak edəcək.