Gürcüstanda azərbaycanlıların Elat bayramını keçirməsinə əngəl törədilib. İllərdir qeyd edilən bayramın əngəllənməsi soydaşlarımızın etirazına səbəb olub.
Unikal.org-un xəbərinə görə, Gürcüstanın Vahid Milli Hərakatı Partiyasının azərbaycanlı deputatı Azər Süleymanov AzVision.az-a açıqlamasında məlumatı təsdiqləyib. Bildirib ki, 2012-ci ildən sonra Gürcüstanda ab-hava dəyişib və dostluq, qardaşlıq münasibətləri kənarda qalıb.
Deputatın sözlərinə görə, Gürcüstan hakimiyyəti tərəfindən azərbaycanlıların kompakt yaşadığı yerlərdə soydaşlarımızın sıxışdırılması halları artır:
"Gürcüstan hakimiyyətinin azərbaycanlılara qarşı münasibəti birmənalı deyil. Soydaşlarımız sıxışdırılır. Bu heç də xoşa gələn proses deyil. Elat bayramı elin, obanın bayramıdır. Hakimiyyət bu bayramın adını da dəyişdirdi. Bundan əlavə bayram mərasiminin keçirilməsinə icazə verilmədi. Bu, azərbaycanlılara qarşı böyük hörmətsizlikdir. 8 il idi ki, biz bu bayramı qeyd edirdik-deyə A.Süleymanov vurğulayıb.