Bəs Azərbaycanda idxalın kəskin artmadığı bir şəraitdə nə üçün banklar bu qədər yüksək məbləğlərdə dollar alırlar?
Unikal.org marjaya istinadən bu sualın cavabını təqdim edir:
1. Məlumata görə, bir neçə bank iri məbləğdə xarici borcunu qaytarmaqdadır. Hazırda Azərbaycan banklarının 7 milyard manat civarında xarici öhdəlikləri mövcuddur. Xarici borclar dollar ilə qaytarıldığından banklar dollar almaq məcburiyyətindədirlər.
2. "Bank Standardın sağlamlaşdırılması çərçivəsində əhalinin əmanətləri geri qaytarılır. Bankda 500 milyon manatdan çox qorunan əmanətin böyük hissəsi dollardadır. Dövlət büdcəsindən bu banka manatla yardım edilib. Əmanətçilər isə öz pullarını manatda deyil, dollarda geri tələb etdiklərindən Bank Standard da hərracdan xeyli dollar almaqdadır.
3. Ajiotaj. Dolların rəsmi qiymətinin qalxması ilə bərabər neft ucuzlaşır. Bir çoxları dolların daha da bahalaşacağını hesab edərək dollar alırlar. Belə alışlara "dollar 1.80 manata çıxacaq kimi açıqlamalar da təsir edir. Brexit referendumu da ajiotajın artmasına təsir etmişdi. Həmçinin bir çoxları dolları baha satmaq üçün aşağı qiymətlərdən alıb.
4. İdxal. Biznesmenlərə xaricdən mal idxalı üçün dollar tələb olunur. Düzdür, İyunda Azərbaycanın ixracı idxalını üstələyib. Buna baxmayaraq, idxal da kifayət qədər yüksək məbləğdədir. İyun ayında Azərbaycanın idxalı 716 milyon 18.07 min dollar, ixracı isə 772 milyon 527.26 min dollar, saldo isə müsbət 56 milyon 509.19 min dollar təşkil edib. Ümumiyyətlə, yanvar-iyun aylarında idxal əməliyyatları üzrə 4 milyard 47 milyon 231.98 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 13.98% azalmışdır), ixrac əməliyyatları üzrə 3 milyard 821 milyon 461.66 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 38.67 % azalmışdır) ticarət həcmi qeydə alınıb. Yanvar-iyun aylarında saldo mənfi 225 milyon 770.33 min dolları olub.
5. Əhali banklardan əmanətlərini geri götürməkdə davam edir. Əhliyə dollar əmanətlərinin geri ödənilməsi məzənnəyə artım istiqamətində təsir edə bilər.
6. Yay ilə əlaqədar olaraq xaricə səfərlərin artması. Xarici ölkələrə istirahətə yollananlar dollar alaraq yola düşürlər.