Türkiyədə hərbi çevriliş cəhdinə görə, SOCAR Turkey Energy şirkətinin bəzi rəhbər şəxsləri istefa ediblər.
Unikal.org bildirir ki, Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
İstefa edənlərin arasında SOCAR Turkey-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ömər Adsız, kadrlar şöbəsinin rəhbəri İlqar Mehmetoğlu, informasiya texnologiyaları şöbəsinin rəhbəri Çetin Korkut və NPZ Star-ın kadrlar şöbəsinin rəhbəri Fuad Ulaqay var.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.