Türkiyənin Kazandakı konsulluğunda çalışan diplomat əməkdaşlardan biri Yaponiyaya qaçıb.
Unikal.org-un TRT Haber telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, qaçan diplomatın Fəthullah Gülən terror təşkilatı ilə əlaqəsi olub: "Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyə XİN-dən 88 əməkdaş, iki səfir uzaqlaşdırılıb".
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.