İran qazı Gürcüstana Ermənistan ərazisindən keçməklə nəql olunacaq.
Unikal.org Modern.az-a istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bijan Zanqane və Ermənistanın təbii sərvətlər naziri Levon Yolyan arasında müqavilə imzalanıb.
İran Avropaya "mavi yanacaqı da məhz bu tranzit marşrutu ilə nəlq etməyi planlaşdırır.
Xatırladaq ki, İran Gürcüstana qaz nəql etmək üçün Azərbaycan və Ermənistan arasında seçim edib.