Bakıda növbəti bağça qalmaqalı
09:34 20-01-2016
CƏMİYYƏT
Bu dəfə "Allahsızlıq" ittihamı və pul iddiası!
Bakıda valideyn uşağının tərbiyə aldığı bağçaya görə od püskürdü. "Bundan əvvəl pul alırdılar. Bu da azmış kimi qeyri-qanuni yol ilə alınan pulu artırırlar". Bu sözləri milli.az-a şikayət əsasında müraciət edən valideyn deyib.
Yasamal rayonu, Şıxəli Qurbanov, 5 ünvanında yerləşən 38 saylı bağçadan şikayətçi olan valideynlərdən biri bildirib ki, məktəbəqədər tərbiyə müəssisəsində əvvəl hər valideyndən 50-60 manat pul yığılırdısa, bu qiymət yeni ildən 80-90 manat arasında dəyişib: "38 saylı bağçada rus və Azərbaycan, hər iki dildə tərbiyələndirmə keçirilir. Bağça təxminən 4-5 qrupa bölünür, hər birində isə 15-20 uşaq var. Siz özünüz baxın, hər uşaqdan bu qədər pul alınırsa, görün nə qədər edir".
Məsələ ilə bağlı adıçəkilən məktəbəqədər tərbiyə müəssisəsinin direktoru ilə əlaqə saxladıq. Sədaqət xanım şikayət edən şəxsi "allahsız" adlandıraraq, bunun sübutunu istədi. "İlk növbədə onu deyim ki, mən elə şeylərə inanmıram, mənim valideynlərim elə şey danışmazlar, bu allahsızlıqdır. Mən özüm namaz qılan adamam və kimdənsə pul yığmaram. Həmin adam kimdirsə, yalandan bu sözləri quraşdırıb deyir. Mənim elə valideynim yoxdur ki, gəlib mənə şikayət eləsin. Mənim bütün valideynlərlə ünsiyyətim yaxşıdır. Əgər kiminsə bu şəkildə problemi olsaydı, onlar mənə dərhal bildirərdilər. Bu bağçada heç bir valideyndən pul alınmır. Həmin adam şər-böhtan atır, əgər buna sübutu varsa, götürün həmin şəxsi, gəlin bizim bağçaya və hər şeyi yerində araşdıraq", - bağça müdiri deyib.
Ceyhun Ələkbərov
Digər Xəbərlər
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42