"Ukrayna ərazisində Rusiya Federasiyasının 50 min vətəndaşı vuruşurdu.
Unikal.org "Obozrevatel nəşrinə istinadən xəbər verir ki, bu haqda Ukrayna daxili işlər nazirinin məsləhətçisi, Ali Radanın üzvü Anton Qeraşenko bildirib.
Xalq deputatı uyğun olan sübutları "Facebookdakı səhifəsində dərc edib.
"Bu güman və ya fərziyyələr deyil. Rusiya terrorçusu Mariya Kolyadının poçt qutusunda "Sülhməramlılar layihəsinin könüllüləri tərəfindən tapılmış sənədli fakt var. O, "DXR terror təşkilatının mətbuat xidmətinin rəhbəri funksiyasını yerinə yetirir, - Qeraşenko bildirib.
Mariya Kolyadının poçt qutusunda "DXR-in sabiq baş naziri Aleksandr Borodayın adından yazılan məktub aşkarlanıb.
"Bu məktubda açıq-aydın göstərilib ki, Ukraynaya qarşı döyüşlərdə Rusiyanın 50 mindən çox vətəndaşı iştirak edib. Düşünürəm ki, bu rəqəm reallığa yaxındır. Mən ondan öz işlərində tarixçilərə, hüquq müdafiəçilərinə və jurnalistlərə istifadə etməyi məsləhət görürəm, - Qeraşenko vurğulayıb. /publika.az/