İlham
Azərbaycan prezidenti İlham Əliyev 20 yanvar faciəsinin 26-cı il dönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanını ziyarət edib.

Prezident şəhidlərin qəbirlərini ziyarət edib, qərənfillər düzüb. İlham Əliyev "Əbədi məşəl" kompleksi önünə əklil qoyub.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək.