ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klinton "Rusiya təhlükəsi ilə mübarizədə NATO-nu dəstəklədiyini bildirib.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bunu Klinton Demokratlar Partiyasının Filadelfiyada keçirilən qurultayında çıxışı zamanı deyib.
"Mən Rusiyadan gələn təhlükə də daxil olmaqla, istənilən təhdidlə mübarizədə NATO-dakı müttəfiqlərimizə dəstək verməkdən fəxr edirəm, - deyə Klinton qeyd edib.
Sabiq dövlət katibi həmçinin ABŞ-ın düşmənlərini "məğlubiyyətə uğradacağını bəyan edib. ABŞ prezidentliyinə namizəd çıxışı zamanı İŞİD-lə mübarizə məsələsinə də toxunub: "Biz onların mövqelərinə havadan zərbələr endirəcəyik və onları darmadağın etmək üçün yerli qüvvələri dəstəkləyəcəyik, - deyə Klinton qeyd edib.
H.Klinton həmçinin vurğulayıb ki, prezidentliyi dövründə iqtisadiyyat və amerikalıların təhlükəsizliyi məsələləri onun üçün əsas prioritet təşkil edəcək