İpoteka məbləği artırılır, faizlər dəyişməyəcək
15:02 20-01-2016
CƏMİYYƏT
Azərbaycanda dövlət xətti ilə maliyyələşən ipoteka kreditlərinin ucuzlaşdırılması nəzərdə tutulmur. Bunu jurnalistlərə açıqlama verən maliyyə naziri Samir Şərifov yeni qurum kimi yaradılan İpoteka Fondu ilə bağlı sualları cavablandırarkən qeyd edib: "Faiz dərəcələri üzrə şərtlərin dəyişdirilməsinə ehtiyac yoxdur, ancaq məbləğin artırılmasına ehtiyac var".
Nazirin fikrincə, ölkədə ipoteka kreditləşməsinin genişləndirilməsinə ehtiyac var: "Hazırda ipoteka ilə bağlı sənədlərin hazırlanması işi gedir. Bu sənədlərlə bağlı 3-4 günə müvafiq qərar imzalanacaq. İlk növbədə, İpoteka Fondunun idarəetmə strukturu dəyişdirilir. Bu gün İpoteka Fondunun yeni əsaslarla qurulması vacibdir ki, o, bazara da çıxa bilsin, vəsait cəlb etsin. Bu vəsait hesabına ölkə daxilində ipoteka kreditlərinə ehtiyacı olanlara ipoteka kreditləri təqdim edə bilsin".
S.Şərifov bildirib ki, ipoteka şərtlərinin sadələşdirilməsi, məbləğin artırılması nəzərdə tutulur: "Manatın ucuzlaşması ilə bağlı ipoteka kreditlərinin məbləğinin artırılmasına ehtiyac var".
Digər Xəbərlər
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42