"Azərenerjı"dən 250 işçi çıxarılıb
15:07 20-01-2016
CƏMİYYƏT
"Azərenerjı" Açıq Səhmdar Cəmiyyətində (ASC) kütləvi ixtisarların aparıldığı və ixtisara düşən işçilərə kompensasiya ödənilməməsi barədə son günlər bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Azərenerji" ASC-nin yaydığı məlumatda bildirilir ki, son illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində enerjisistem yenidən qurulub və modernləşdirilib, maddi-texniki baza müasirləşdirilib. Bu zaman yeni və müasir texnika və texnologiyalar tətbiq edilib ki, bu da hər bir işçidən müvafiq biliklər, yüksək peşə hazırlığı tələb edir.
Səhmdar cəmiyyətin tabeliyində olan müəssisələrdə çalışan, lakin ixtisas və bilik səviyyəsi bu tələblərə cavab verməyən 250 nəfərədək işçi ilə ötən ilin sonunda başa çatan əmək müqaviləsinin müddəti uzadılmayıb, onların hər birinə, mövcud əmək qanunvericiliyinə əsasən müvafiq kompensasiya ödənilib.
"Azərenerji" ASC ixtisas və bilik səviyyəsi enerjisistemin müasir texnoloji tələblərinə və idarəetmə prinsiplərinə cavab verən mütəxəssislərin müsabiqə əsasında işə qəbulunu davam etdirir.
Digər Xəbərlər
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42