15 İyul Türkiyədə hərbiçilərin dövlət çevrilişinə cəhdi zamanı prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə hücum edib 2 polisi şəhid etdikdən sonra qaçan əsgər və hərbiçilərdən 7-si keçirilən əməliyyat zamanı tutuldu.
Unikal.org hurriyet-ə istinadən bildirir ki,çevriliş cəhdi zamanı Mərmərədə Ərdoğanın olduğu otelə hücum edən əsgərlər arasında olan və əməliyyatın planını cızdığı iddia edilən "Baza imamı" - başçavuş Zəkəriyyə Quzunun ələ keçdiyi anın fotosu yayılıb.