Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ABŞ-ın Moskvadakı səfiri Con Teftlə görüşüb.
Unikal.org-un Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, amerikalı diplomatın xahişi ilə baş tutan görüşdə Suriya böhranı və Qafqaz regionundakı vəziyyət müzakirə edilib.
Tərəflər, həmçinin, Ukraynanın cənub-şərqindəki münaqişə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri, habelə beynəlxalq gündəlikdə duran digər aktual məsələlərə bağlı fikir mübadiləsi aparıblar.