Yemək bişirmək, otağı isindirmək və ya işıqlandırmaq üçün ağ neftdən və dizel yanacağından müntəzəm istifadə olunması infarkt və vaxtsız ölüm riskini artırır.

Unikal.org atv.az-a istinadən bildirir ki, Şimal-Qərb Universitetinin alimləri bu qənaətə gəliblər. Mütəxəssislər 50 mindən çox iranlının məlumatını təhlil ediblər. Tədqiqat zamanı iştirakçıların orta yaşı 52 yaş olub. On il müşahidə edilən könüllülərin 80 faizi kənd sakini olub. 

Tədqiqatçılar odun, ağ neft, dizel yanacağı, təzək və təbii qazın yandırılmasının nəticələrinin sağlamlığa təsirini dəyərləndiriblər. Müəyyən olunub ki, ağ neft və dizel yanacağı yandıranlar arasında hər hansı səbəbdən ölüm riski 6 faiz yüksəkdir, ürək xəstəliklərindən ölüm ehtimalı isə 11 faiz çoxdur. 

Yerdə qalanlarla müqayisədə könüllülər ürək-damar xəstəliklərindən 14 faiz çox əziyyət çəkiblər. Təbii qazdan istifadə edən iştirakçılarda ürək xəstəliklərindən ölüm riski yanacağın başqa növündən istifadə edənlərlə müqayisədə 6 faiz aşağıdır.