İrəvanda polis post-patrul alayının binası yaxınlığında yığışan nümayişçiləri dağıdıb.

Unikal.org-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, polis etirazçıları ərazidən sıxışdıraraq çıxarıb.

Silahlı qrup tərəfindən zəbt edilən post-patrul alayının binası yaxınlığında jurnalistlər və bir neçə nümayişçi qalıb.