ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Cozef Danford iyulun 31-də Türkiyəyə səfər edəcək.
Unikal.org-un CNN Türk-ə istinadən verdiyi xəbərə görə, Danford Ankarada keçirdiyi görüşlərdən sonraTürkiyənin cənubunda yerləşən "İncirlik" hərbi bazasına baş çəkəcək.
Qeyd olunur ki, bu, 15 iyul hərbi çevrilişinə cəhddən sonra Türkiyəyə səfər edən ilk yüksək rütbəli ABŞ hərbçisidir.