İngiltərə hökuməti zərurət yarandığı təqdirdə Türkiyədə 50 minə yaxın britaniyalı turisti xilas etmək üçün hərbi əməliyyat təşkil edə bilər.

Unikal.org xəbər verir ki, bu iddia ilə İngiltərənin "Deyli Meyl nəşri çıxış edib. Məlumata görə, hətta planın həyata keçirilməsi üçün İngiltərənin Cənubi Kiprdə yerləşən hərbi bazasına hərbçilər də göndərilib.

"Türkiyədə vətəndaş müharibəsinə səbəb olacaq ikinci çevriliş cəhdi ehtimalı nəzərə alınaraq, ingilislər Türkiyənin qonşusu Kiprə gəldilər. Zərurət yaranarsa, Türkiyədəki britaniyalı turistləri xilas etmək üçün əməliyyat həyata keçirilə bilər. Xüsusi Təyinatlı Qüvvələr Diviziyasının dəstəyi ilə silahlanmış əsgərlər əmrə hazırdırlar, - məlumatda qeyd edilib.